Dünya

Lavrov: Ukraynaya sülhməramlı qüvvələr yeridilməyəcək

Metbuat.az

[ 14 Aprel 2015 03:56 ]



Bakı-APA. Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşündə Ukraynanın şərqinə sülhməramlı qüvvələrin yeridilməsi məsələsi inkişafını tapmayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə görüşün yekunlarını  şərh edən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ukraynalı həmkarımızın təşəbbüsü inkişafını tapmadı, digər həmkarlardan məsələyə hər hansı şərh gəlmədi”, deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, “normand dördlüyü” Ukrayna üzrə təmas qrupuna dörd iş qrupun yaradılmasını təklif edib.