Ölkə

Kürdəmirdə qeyri-qanuni at kəsimi aşkarlanıb

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Aprelin 15-i axşam saatlarında daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Baytarlıq İdarəsi rayonun Xınıslı kənd sakini Bağırov Anar Ağarəsul oğluna məxsus həyətdə antisanitariya vəziyyətdə kəsimi aparılan, baytarlıq-sanitariya ekspertiza laboratoriyasından keçməyən 165 kiloqram at əti aşkar edib.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, aparılan araşdırma zamanı atın yeni kəsildiyi və satış üçün hazırlandığı məlum olub. İlkin olaraq ətdən laboratoriya müayinəsi üçün nümunələr götürülüb (heyvanın başı və ayaqları olsa da) və baytarlıq-sanitariya qaydalarına uyğun Respublika Baytarlıq Laboratoriyasına göndərilib.


Aşkar edilmiş ət mənşəyi məlum olmayan məhsul kimi zərərsizləşdirilib.