Digər

Külək nə vaxtadək davam edəcək?

Metbuat.az

Küləkli hava şəraiti sabah da davam edəcək. Küləyin surəti bəzi yerlərdə güclənəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək, arabir güclənəcək. Axam şimal-qərb küləyinə keçəcək.



Havanın temperaturu gecə 7-9˚, gündüz 14-18˚ isti olacaq.



Azərbaycanın rayonlarında aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturu gecə 8-13˚, gündüz 18-23˚, dağlarda gecə 3-8˚, gündüz 10-15˚, bəzi yerlərdə 18˚ isti olacaq.



Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, axşama doğru hava şəraiti nisbətən mülayimləşəcək, küləyin sürəti azalacaq.

Mənbə
ANS PRESS