Digər

Krediti verə bilməyəndə belə edirlər? - FOTO

Metbuat.az

Qusarda ərzaq mağazası qarət olunub.

Anspress

-in verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində yerləşən “Aydan” marketdə qeydə alınıb.



Ötən gecə saat 04:20-də polisə qarət barədə məlumat daxil olub. Qusar Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi

Rəfail Tağıyev

in anspress-ə verdiyi məlumata görə, bir nəfər maskalı şəxs mağazaya girib, pul, siqaret və içki məmulatlarını oğurlayıb çıxarkən yaxalanıb. Onu Quba Regional Mühafizə şöbəsinin Qusar mühafizə bölməsinin əməkdaşları tutublar.



Saxlanılan şəxsin Rəsulbəyov küçəsi 13 ünvanda yaşayan 23 yaşlı

Rəşid Səlimxan oğlu Rəhimxanov

olduğu məlum olub.



Polisə verdiyi ifadədə əməlini etiraf edib. Hadisəni içkili olarkən törətdiyini bildirib. Qeyd edib ki, mazanın qapısını mismar çıxaran linglə açıb.



Saxlanılan şəxs bildirib ki, banklardan birinə kredit borcu olub. Ödəyə bilmədiyi üçün bu addımı atıb.



Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.



Milli.Az