Dünya

Köpəkbalığı 13 yaşlı oğlanı yedi

Metbuat.az
Hind Okeanındakı Reyunyon adasının sahilində köpəıkbalığı 13 yaşlı fransız sörfinqçini parçalayıb.
 
Milli.Az Daily Mirror-a istinadən bildirir ki, Elio Kanestri köpəkbalıqlarının hücumlarınna görə qapalı zonada məşq edirdi. O, sahildən 15 metr aralıda olanda yırtıcı balığın hücumuna məruz qalıb.
 
Köpəkbalığı Elionun qollarını, ayaqlarının və qarnının bir hissəsini qoparandan sonra vücudu okeanın dərinliyinə aparıb.
 
Reyunyon adasında əlahiddə ayrılmış yerlərdən başqa məkanlarda üzmək və müxtəlif su idman növləri ilə məşğul olmaq yasaqdır. Səbəb köpəkbalıqlarının hücumlarıdır.
 
Milli.Az