Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bakı, 13 aprel,
AZƏRTACAzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardadlar çıxarılıb.
Sorğu və müraciətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.