Ölkə
Konransda AzScienceNet şəbəkəsinin hazırkı vəziyyətiindən danışılacaq
Bakı, 4 aprel,
AZƏRTACAprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf perspektivləri” mövzusunda respublika elmi-praktiki seminarı təşkil ediləcək.
İnstitutdan
AZƏRTAC-a bildiriblər ki, seminar AMEA-nın institut və təşkilatlarının internet xidmətləri ilə dünya elminə inteqrasiyasını təmin edən, elm, təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarından daha səmərəli istifadənin təmini məqsədilə keçiriləcək.
Tədbirdə AMEA-nın, eləcə də ali təhsil müəssisələrinin informasiya texnologiyaları üzrə məsul şəxsləri iştirak edə bilərlər.