Ölkə
Konfrans Aşqarlar Kimyası İnstitutunun 50 illiyinə həsr olunub
Bakı, 11 aprel,
AZƏRTACBu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunan “Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər” mövzusunda respublika elmi konfransı keçiriləcək.
AMEA-dan
AZƏRTAC-a bildiriblər ki, konfransda “Sürtkü materiallarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar, neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər, polimer materiallarına stabilizatorlar”, “ Sürtkü, yanacaq və polimer kompozisiyaları, sürtkülər, xüsusi mayelər”, “Aşqarların, reagentlərin və kompozision materialların alınmasının və tətbiqinin ekoloji aspektlər” bölmələri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.