Digər
ANS PRESS
Kompüter oyunu onu 63 kq arıqlatdı
Kanadalı Trevor Klann kompüter oyunu sayəsində 1 ildə 63 kq arıqlayıb.
ANS PRESS-in məlumatəna görə, sözügedən oyun real dünya ilə bağlıdır. Oyunçu hədəfi "işğal etmək" üçün hərəkət etməlidir və real mövcud olan məkana yollanmalıdır.
Klann oyunda iştirak etdiyi bir il ərzində 1864 kilometr qət edib. Bununla da oyun onun həyat tərzini kardinal şəkildə dəyişib.
Trevor uğurunu sosial şəbəkədə hər kəslə paylaşıb: "Mən bu oyunu bir il əvvəl oynamağa başlamışam. Bu oyun məni evdən çıxmağa və küçələrdə gəzməyə məcbur etdi. Müxtəlif heyrətamiz insanlarla görüşdüm. Mən heç vaxt oyundan və ünsiyyətdən belə həzz almamışdım".
Oyunu hazırlayanlar belə müsbət rəyə görə onu təbrik ediblər və digər izləyiciləri də öz oyunlarına qatılmağa dəvət ediblər.
MənbəANS PRESS