Dünya

Kolumbiyada üsyançıların hücumu nəticəsində hökumət qüvvələrinin 10 hərbçisi həlak olub

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

“Kolumbiya inqilabi hərbi hissələri” üsyançılarının hücumu nəticəsində hökumət qüvvələrinin ən azı 10 hərbçisi həlak olub.


AZƏRTAC

RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hərbçilərlə üsyançılar arasında toqquşma gecə yarısı ölkənin cənub-qərbində yerləşən Kauka ştatında qeydə alınıb. İlkin məlumatlara əsasən hücum zamanı daha 20 hərbçi də yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.


2014-cü ilin dekabr ayında “Kolumbiya inqilabi hərbi hissələri” üsyançılarının hökumətlə danışıq aparan nümayəndələri birtərəfli atəşkəs elan etmişdilər.


Qeyd edək ki, artıq yarım əsrdir Kolumbiyada hökumətlə üsyançıları arasında yüz minlərlə insanın ölümünə və 5 milyondan çox insanın xəsarət almasına səbəb olan qanlı qarşıdurma yaşanır. ABŞ və Avropa tərəfindən terror təşkilatı kimi tanınan qruplaşma, eyni zamanda, narkomafiya ilə əlaqələrdə ittiham olunur. Kolumbiya Peru və Boliviya ilə yanaşı, dünyada kokainin əsas ixracatçısı sayılır.