Dünya

​Kiyevdə Rusiyayönümlü jurnalist qətlə yetirilib

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə yazıçı, jurnalist və teleapaıcı Oles Buzinanı güllələyiblər.


"Report" "UNİANA" istinadən xəbər verir ki, bu haqda "Pravıy sektor" sədrinin birinci müavini Anna Demid öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Oles Buzinanı aldığı güllə yarasından ölüb: "Bir qədər əvvəl Oles Buzinanı yaşadığı binanın yaxınlığında güllələyiblər. Atəş səslərini hamı eşitdi".


Xatırladaq ki, O.Buzina Ukraynada ictimaiyyət arasında rusiyayönlü çıxışları ilə tanınırdı.