Ölkə

Kişi kirayədə yaşadığı evdə yandı

Metbuat.az

Dünən axşam saat 01 radələrində Sumqayıt şəhərində mənzil yanaraq külə dönüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Təzə Kotec qəsəbəsində qeydə alınıb.



Həmin qəsəbə sakini Vaqif Xəlilovun həyətindəki 1 otaqlı evdə yanğın olub.



Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.



Habelə yanıq xəsarəti almış orada kirayədə yaşayan Biləsuvar rayon sakini Nurlan Hüseynli xəstəxanaya gətirilib.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS