Ölkə
ANS PRESS
Kişi atdan yıxılıb öldü
Beyləqan rayonunda bədbəxt hadisə baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.
Hadis dünən Beyləqan rayonunun Talalar kəndində qeydə alınıb.
Kənd sakini, 35 yaşlı İbrahim Həsənov atdan yıxılıb.
Nəticədə at onun başına ağır zərbələr endirib.
Ağır yaralanan İbrahim Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS