Dünya

​Kipr adasında zəlzələ olub

Metbuat.az

Bakı. 15 aprel. REPORT.AZ/ Kipr adasının cənub - qərbində 5,5 bal gücündə zəlzələ olub.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.


Xəbər görə, yeraltı təkanların mərkəzi Pafos şəhərindən 14 kim şimal-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.


Təbii fəlakətin qurbanları və dağıntılar haqda məlumat verilməyib.