Dünya

Kim Ermənistanı iki böldü

Metbuat.az

Amerikada yaşayan erməni mənşəli porno ulduz Kim Kardaşyanın Ermənistana səfəri bu ölkənin internet istifadəçilərini iki yerə bölüb.



ANS PRESS-in məlumatına görə, bu barədə PR mütəxəssis Vigen Akopyan bildirib.



Onun sözlərinə görə, Ermənistanda iki “düşərgə” yaranıb - Kim Kardaşyanın tərəfdarları və düşmənləri. “Düşmənlərin sırasında xüsusilə Qarik Papoyan seçilir”,- deyə Vigen Akopyan bildirib.



Erməni bloger Qarik Papoyanın Kim Kardaşyan barədə yazdıqları isə çox sərt olub. “Xoş gəlmisən Kim Kardaşyan - həyatın boyu “həqiqi” erməni qadınının təcəssümu olmuş, erməni dəyərlərini yüksək tutmuş, ənənəvi erməni qadınının adına ləkə gətirməmiş qadın…”,- deyə Qarik Papoyan erməni porno ulduza satira dolu sətirlər ünvanlayıb.



Papoyan daha sonra üzünü Kim Kardaşyan aşiqlərinə tutub: “Hə, yalançı patriotlar, uzun müddətdir susuram. Vaxtınız çatıb, durun dükandan 30 kiloqram duz, 90 ədəd matnakaş (erməni təndir çörəyi - red.) götürün aeroporta qaçın, Kim Kardaşyanı qarşılayın”,- deyə bloger vurğulayıb.


Mənbə
ANS PRESS