Dünya

Kiber hücum yoxsa, texniki qəza (VİDEO)

Metbuat.az

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız martın 31-də ölkədə baş vermiş elektrik kəsintisilə bağlı araşdırmaların nəticələrindən danışıb.



ANS TV-nin məlumatına görə, nazir Türkiyənin enerji şəbəkəsinin Avropanın ikinci ən böyük enerji şəbəkəsi olduğunu və belə bir hadisənin təkrarlanmayacağına inandığını deyib. Taner Yıldız kiber hücum ehtimalını da istisna etməyib:



“Ölkədə baş vermiş məlum elektrik kəsintisi məhz texniki bir səbəbdən baş veribsə, o zaman bu dövlətlə qurumları ilə müzakirə etmək lazımdır. Əgər kəsinti başqa bir səbəblərdən baş veribsə, yenə də bunu da dövlətlə qurumları ilə birlikdə araşdırmamız gərəkir”.



Mənbə
ANS TV