Dünya

Keniyanın paytaxtı Nayrobidə universitetə silahlı hücum edilib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Keniyanın paytaxtı Nayrobidəki Qarissa universitetinə edilən silahlı hücum nəticəsində ən azı 8 nəfər həlak olub.


AZƏRTAC

Türkiyənin İhlas xəbər agentliyinə istinadla xəbər verir ki, naməlum silahlı şəxslər əvvəlcə universitetin mühafizəçilərinə, sonra da kampusdakı yataqxanalara girərək ətrafdakılara atəş açıblar. Hadisə nəticəsində ən azı 8 nəfər həlak olub və 4-ü ağır yaralı olmaqla 30 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.


Polis kampusdakı binalar mühasirəyə alaraq silahlıları zərərsizləşdirməyə çalışır.