Dünya
AZƏRTAC
Keniyada yaraqlıların hücumuna məruz qalan universitetin 500-dən çox tələbəsinin taleyi məlum deyil
Bakı, 2 aprel,
AZƏRTACKeniyanın Qarissa şəhərində yaraqlıların hücumuna məruz qalan universitetin 535 tələbəsinin taleyi hələ ki, məlum deyil. Bu barədə ölkənin daxili işlər naziri Cozef Nkaissari məlumat verib.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, Keniya polisi Somalinin “Aş-Şabab” qruplaşması tərəfindən basqın edilən universitetin 815 tələbəsindən yalnız 280-i barədə məlumata malikdir.
Şahidlərin sözlərinə görə, universitet ərazisində hələ də atışma səsləri eşidilir. Hücumu 4-5 yaraqlının həyata keçirdiyi və hadisə zamanı ən azı 15 nəfərin həlak olduğu, 65 tələbənin isə yaralandığı bildirilir.