Dünya

Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər ölüb

Metbuat.az

Bakı. 3 aprel. REPORT.AZ/ Keniyada universitetə silahlı hücum nəticəsində 147 nəfər həyatını itirib.


"Report" "Reuters"ə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti Somalinin "Əş-Şabab" qruplaşması öz üzərinə götürüb.


Hücum aprelin 2-də səhər saatlarında Keniyanın Qarrisa şəhərində baş verib.


Ölənlər arasında dörd nəfərin terrorçu olduğu bildirilir. Daha bir silahlının qaçarkən yaxalandığı məlumat verilib.