Dünya
Keniyada universitetə hücum olub, 70 nəfər ölüb
[ 02 Aprel 2015 21:33 ]
Bakı-APA. Keniyada silahlıların universitetə hücumu nəticəsində 70 nəfər ölüb, azı 80 nəfər xəsarət alıb.
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, yüzlərlə tələbənin taleyi qeyri-müəyyən olaraq qalır.
Tələbələrin universitet yataqxanasında girov götürüldüyü bildirilir. İlkin məlumata əsasən, hücum “Əş-Şəbab”qruplaşması tərəfindən həyata keçirilib.