Dünya

Keniya hərbi təyyarələri “Əş-Şəbab”ın mövqelərini bombalayıb

Metbuat.az

[ 06 Aprel 2015 18:22 ]



Bakı, Ülkər Bəkirli – APA. Keniya döyüş təyyarələri Somali yaxınlığında radikal islamçı qrup “Əş-Şəbab”ın mövqelərini bombalayıb.

 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu, Keniyanın Garissa Universitetində 148 nəfərin ölümü ilə nəticələnən terror aktına cavabıdır. 
 
Keniya ordusunun mətbuat müşaviri David Obonyo bombardmanın “Əş-Şəbab”a qarşı davam edəcək əməliyyatların bir hissəsi olduğunu söyləyib.

 
Qeyd edək ki, “Əş-Şəbab” qruplaşması tərəfindən həyata keçirilən silahlı hücum aprelin 2-də baş verib.