Digər

Kəndi bir-birinə qatan tutuldu

Metbuat.az

Bir neçə gün əvvəl Gədəbəy rayonunun Qaradağ kəndində baş verən kütləvi dava zamanı Zəhmət kənd sakini

Nurlan Aslanov

u bıçaqla ölümcül yaralayan şəxsin kimliyi məlum olub. Gədəbəy Rayon Polis Şöbəsindən Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, Aslanovun Arıqıran kənd sakini

İlqar Nəbiyev

tərəfindən bıçaqlandığı məlum olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, davanın səbəbkarı Nəbiyevdir. O, törətdiyi əmələ görə şübhəli şəxs qismində saxlanılıb. Hazırda kütləvi davanın iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir.



Milli.Az