Ölkə
Kənd təsərrüfatı naziri Tərtər rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 16 aprel,
AZƏRTACKənd təsərrüfatı naziri Heydər Əsədov aprelin 24-də saat 11-də Tərtər rayonunda Tərtər, Bərdə, Ağcəbədi, Ağdam və Laçın rayonlarından olan sakinləri qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (055-211-44-75) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu (
web@agro.gov.az) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.