Kəmaləddin Heydərov Əfqanıstanın mədən və neft naziri ilə görüşüb
Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanın fövqəladə hallar naziri
Kəmaləddin Heydərovbu gün ölkədə səfərdə olan Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə "Report"a FHN-dən bildirilib.
Qonaqları salamlayan nazir Kəmaləddin Heydərov FHN-in fəaliyyəti haqqında məlumat verib, iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.
Səmimi qəbula görə təşəkkür edən Daud Şah Saba bildirib ki, onun rəhbərlik etdiyi nazirlik
Fövqəladə Hallar Nazirliyiilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.