Şou

Keçmiş prezidentin nəvəsi çempion oldu - fotolar

Metbuat.az
Rusiyanın birinci prezidenti Boris Yeltsinin daun sindromlu 19 yaşlı nəvəsi Qleb Avropa çempionatında üzgüçülük üzrə yarışın qalibi olub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş prezidentin qızı Tatyana Yumaşeva oğlunun və onun qazandığı medalın şəklini sosial şəbəkədə paylaşaraq yazıb:



“Çox sevinirik – Qleb daun sindromlu insanlar arasında keçirilən Avropa çempionatının qalibi oldu və qızıl medal qazandı. Meksikada keçirilən dünya çempionatında isə yeddincidir. Bu, onun ilk beynəlxalq qələbəsidir”.