Ölkə

Keçmiş məhkumdan xeyli heroin götürüldü

Metbuat.az

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İlkin İzzət/

Paytaxt polisi keçmiş məhkumdan xeyli narkotik maddə götürüb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az