Digər

Keçmiş baş nazirin dostunun evindən silah çıxdı

Metbuat.az

Gəncə şəhər sakini tapdığı odlu silahı və vasitələrini polisə təhvil verib.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, Gəncə şəhərində yaşayan

Bahar İsmayıllı

evinin çardağından tapdığı 1 ədəd "AKSU" markalı avtomat silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər

İlqar Səfixanov

a məxsus olması müəyyən edilib.



Qeyd edək ki, İlqar Səfixanov vaxtilə sabiq Baş nazir

Surət Hüseynov

un yaxın adamlarından biri olub və 1994-cü il hadisələrindən sonra bir müddət məhkumluq həyatı yaşayıb.



Milli.Az