Dünya

Kater aşdı, 4 nəfər öldü

Metbuat.az

Türkiyənin qərbində yerləşən Muğla əyaləti ərazisində, Egey dənizində qeyri-leqal miqrant kateri qəzaya uğrayıb. Nəticədə 4 nəfər ölüb, 9 nəfər xilas olunub.



Anspress

-in məlumatına görə, əyalətin qubernatoru

Əmir Çiçək

bildirib ki, miqrantların olduğu kater yunanların Kos adasına gedərkən aşıb. Qəza yerinə xilasedicilər gəlib.



Onun sözlərinə görə, belə hadisələr Egey dənizində tez-tez olur. Əfqanıstandan, Pakistandan, Suriyadan, İraqdan və regionun başqa ölkələrindən miqrantlar Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələrinə girməyə çalışırlar. Dənizdə qeyri-leqal çıxış tez-tez çoxsaylı qurbanlarla və qəzalarla müşayiət olunur.



Milli.Az