İdman

Kata üzrə tanınmış italiyalı mütəxəssis Bakıda növbəti seminara başlayıb

Metbuat.az

Bakı, 18 aprel,

AZƏRTAC

“Bakı-2015” birinci Avropa Oyunlarında yüksək nəticələr göstərmək üçün səfərbər olunan Azərbaycan Milli Karate Federasiyası (AMKF) kata üzrə dəfələrlə dünya və Avropa çempionu, müxtəlif mötəbər yarışların mükafatçısı Luka Valdesini növbəti dəfə seminara dəvət edib.


AZƏRTAC

xəbər verir ki, baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilən seminarda italiyalı mütəxəssis milli komandamızın üzvləri və məşqçilərə təlim keçir. Hədəf Avropa Oyunlarının kata yarışlarında iştirak edən Tural Balcanlı ilə Ədilə Qurbanovanın medallar qazanmasına nail olmaqdır. AMKF-in prezidenti Yaşar Bəşirov və kata üzrə böyük məşqçi Vahd Ayvazov da seminara qatılıblar.