Digər

Kamran Əliyev: "... günah kimdədir?"

Metbuat.az

"Vətəndaş özü-özlüyündə korrupsiya ilə mübarizə aparmalıdır. Korrupsiya halı vətəndaşların qanundan kənar hərəkət etdiyi zaman yaranır".



ANS PRESS-in məlumatına görə, bu barədə 2015-ci ilin birinci rübünün yekunlarına dair keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.



"Əgər abituriyent qeyri-qanuni şəkildə universitetə daxil olursa, sonra onu aldadırlarsa, burada birinci halda günahkar kimdir? Sənədsiz torpaq almağa çalışan vətəndaş özü imkan verir ki, onu aldatsınlar. Bunun kimi bir çox misal çəkmək olar. Yəni hüquq-mühafizə orqanları ilə birlikdə vətəndaşlar da mübarizə aparmalıdırlar. Bu zaman korrupsiya ilə mübarizə daha da səmərəli olar".

Mənbə
ANS PRESS