Ölkə
Kamran Əliyev binaların tez alışan üzlüklərindən danışdı
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev çoxmərtəbəli binalara tez alışan materialdan hazırlanmış üzlüklərin vurulması və bunun yarada biləcəyi təhlükə ilə bağlı məsələyə münasibət bildirib.
Lent.az-ın məlumatına görə, K. Əliyev qeyd edib ki, həmin faktla bağlı rəhbərlik etdiyi qurum tərəfindən araşdırma aparılmır: “Ümid edirəm ki, o işlərlə əlaqədar müvafiq qurumlar apardıqları araşdırma ilə bağlı məlumat verəcəklər”.