Dünya
AZƏRTAC
Kaliforniyada qaz kəmərində baş verən partlayış zamanı 14 nəfər yaralanıb
Bakı, 18 aprel,
AZƏRTACABŞ-ın Kaliforniya ştatından keçən qaz kəmərində 14 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib.
AZƏRTAC
İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
Partlayış qaz kəmərinin dəmir yol xətti yaxınlığından keçən və çox sayda magistralın olduğu hissəsində baş verib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Partlayış yerində yanğının davam etdiyi bildirilir.