Digər
Qafqazinfo-
Milli.Az
Jurnalistin gözünü çıxaran iş adamına 1,5 milyon manat "atdılar"
Jurnalistin gözünü çıxarmaqla gündəmə gələn iş adamı polis bölməsinə müraciət edib.
Qafqazinfo-
nun əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində mənzil tikintisi ilə məşğul olan 1965-ci il təvəllüdlü
Səxavət Kərimovbildirib ki, ötən ilin dekabrında
İlqaradlı şəxs ondan 1 milyon 432 min manat alıb və hələ də qaytarmayıb.
Qeyd edək ki, 15 noyabr 1997-ci ildə S.Kərimov Zəngilan rayon İcra Hakimiyyəti başçısının kabinetində "Haqqın sədası" qəzetinin redaktoru
Elman Teymuroğlunun gözünü qələmlə çıxardığı üçün Səbail Rayon Məhkəməsinin hökmü ilə 30 yanvar 1999-cu ildə 3 il icbari iş alıb.
Milli.Az