Digər

Jak Roqqe: "Bakıdakı Avropa Oyunlarında Azərbaycan və Ermənistan atletlərinin birgə iştirakı pozitiv əlamətdir"

Metbuat.az

Münaqişəyə baxmayaraq, Azərbaycan və Ermənistan atletlərinin Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakı pozitiv əlamətdir.



Trend

-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Agentliyinə (UNCHR) müsahibəsində Beynəlxalq Olimpiya Komitəsinin sabiq sədri, BMT baş katibinin qaçqın gənclər və idman sahəsi üzrə xüsusi elçisi

Jak Roqqe

bildirib.



O vurğulayıb ki, idman xalqlar arasında körpü salır, qarşılıqlı hörmət və sülh yaradır: “İştirak etdiyim bütün Olimpiya oyunlarında, Olimpiya şəhərlərində müxtəlif millətlərə, dil və dinlərə mənsub olan atletlərin birlikdə sülhlə yaşamasını görmüşəm”, – deyə J.Roqqe əlavə edib.



Milli.Az