Dünya
Anspress
Milli.Az
İtaliya sularında faciədən qurtuldular - VİDEO
İtaliyanın sahil təhlükəsizlik xidməti gəmidən 3791 nəfəri təxliyə edib
İtaliyanın Siciliya adası sahillərində batmaq təhlükəsi olan mühacirlərlə dolu gəmi xilas olunub.
Anspress
-in məlumatına görə, İtaliyanın sahil təhlükəsizlik xidməti gəmidən 3 791 nəfəri təxliyə edib. Mühacirlərin, əsasən, Liviyada hazırda cərəyan edən hərbi münaqişələrdən qaçan insanlar olduğu bildirilir. Mühacirlər arasında çoxlu sayda qadın və azyaşlı uşaqlar da var.
Son iki gündə Aralıq dənizində suların əsarətindən xilas olunan mühacirlərin sayı 5629-a çatıb.
Batmış qayıq ətrafında keçirilən əməliyyatlardan biri nisbətən uğursuz olub. Əməliyyat nəticəsində 144 nəfər xilas olunsa da, 9 nəfərin həyatını qurtarmaq mümkün olmayıb.
Milli.Az