Digər
İstirahət günləri baş verən yol qəzalarında 6 nəfər ölüb, 11 nəfər xəsarət alıb
[ 20 Aprel 2015 13:25 ]
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları davam edir.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, şənbə və bazar günləri ölkə ərazisində 10 yol qəzası baş verib. Nəticədə 6 nəfər ölüb, 11 nəfər xəsarət alıb.