Dünya

​İstanbulun iri ticarət mərkəzində yanğın baş verib

Metbuat.az

Bakı. 10 aprel. REPORT.AZ/ İstanbul Bahçelievlər məhəlləsindəki iri ticarət mərkəzi - "Kuyumçukent"də yangın baş verib.


"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə Zərgərlər Birliyinin sədri Norayr İşlər bildirib.


"Binanın 4-cü mərtəbəsində yanğın baş verdiyi barədə məlumat aldım. "Kuyumçukent" çox önəmli ticarət mərkəzidir. Ora böyük atelyeçilərin mərkəzidir. İstanbulun qızıl məmulatlarının yarısı orada emal olunur",- o vurğulayıb.


Hadisə ilə bağlı əlavə məlumat verilməyib.