Dünya

İstanbulda zərgərlik məmulatlarının istehsal olunduğu 4 mərtəbəli binada yanğın baş verib

Metbuat.az

[ 10 Aprel 2015 16:19 ]



Bakı – APA. İstanbulun Yenibosna səmtində yerləşən, zərgərlik məmulatlarının istehsal olunduğu nəhəng obyektdə yanğın baş verib. APA-nın “Sabah”a istinadən xəbərinə görə, hadisənin “Kuyumcukent” adlanan 4 mərtəbəli binanın istehsal sexlərindən birində baş verdiyi bildirilir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 4-cü mərtəbədə başlayan yanğının qarşısı tezliklə alınıb.