Dünya

İstanbulda polis idarəsinə silahlı hücum: ölən və yaralanan var

Metbuat.az

İstanbulun Vətən prospektində yerləşən polis idarəsinə silahlı hücum törədilib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, atışma zamanı hücum edənlərdən bir  nəfər öldürülüb. Məlumata görə, idarəyə yaxınlaşan bir qadın və iki kişi binanın girişindəki nəzarət məntəqəsində olan təhlükəsizlik əməkdaşlarına  atəş açıblar. Təhlükəsizlik əməkdaşlarının açdığı cavab atəşi nəticəsində hücumda iştirak edən  qadın məhv edilib, digər iki terrorçu isə hadisə yerindən qaçıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.    

Hazırda hadisə yerinə aparan yollar nəzarətə götürülüb. Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub.