Dünya

İstanbulda polis idarəsinə silahlı basqın edilib

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Aprelin 1-də axşam saatlarında İstanbul polis idarəsinin Vətən küçəsindəki binasına silahlı basqın edilib.


AZƏRTAC

Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, biri qadın olmaqla iki nəfər binanın əsas giriş qapısındakı mühafizəçilərə atəş açıb. Mühafizəçilər atəşə atəşlə cavab veriblər. Atışma nəticəsində qadın terrorçu öldürülüb. Onun üzərində partlayıcı və odlu silah aşkarlanıb. Digər terrorçu isə hadisə yerindən qaça bilib. Bir polis əməkdaşı isə yüngül xəsarət alıb.


Bir müddət sonra polis qaçan kişi terrorçunu da yaxalayıb. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırmalar aparırlar.