Dünya

İstanbulda polis idarəsinə hücum edən 2 silahllı şəxs öldürülüb

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ İstanbul şəhərinin Polis idarəsinə hücum edən iki silahlı şəxs öldürülüb. "Report"un CNN Türk telekanalına istinadən verdiyi xəbərə görə, Vətən prospektində yerləşən binanın girişindəki nəzarət məntəqəsinə yaxınlaşan silahlı şəxslər təhlükəsizlik əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində ən azı iki polis yaralanıb. Hücum edənlər cavab atəşi ilə öldürülüb.


Öldürülənlərin üzərində partlayıcı qurğu aşkarlanıb. Terrorçulardan birisini qadın olduğu qeyd olunur.


Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.