Dünya

İstanbulda Ərdoğana öldürməyə cəhd göstərən şəxsə hökm oxunub

Metbuat.az

[ 18 Aprel 2015 05:27 ]



Bakı-APA. İstanbul məhkəməsində ötən ilin mayında Rəcəb Tayyib Ərdoğana sui-qəsd törətməkdə günahlandırılan şəxsə hökm oxunub.

APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ferhat Yıldıza 11 il,  8 ay müddətinə azadlıqdan məhrum edilib.

F.Yıldız hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi nümayiş zamanı Ərdoğana əldəqayırma tapançadan atəş açmağa cəhd etmişdi.

Qeyd edək ki, prokurorluq F.Yıldıza 20 il cəza istəmişdi.