Dünya

​İstanbulda AKP-nin yerli qərargahına basqın olub, 2 nəfər tutulub

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ İstanbulun Qartal rayonunun Üsküdar prospektində yerləşən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatının qərargahina iki silahlı basqın edib.


"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, polis keçirdiyi əməliyyat tədbirləri nəticəsində silahlılar tutularaq təhlükəsizlik təşkilatının şöbəsinə aparılıblar.


Onlardan biri binanın damına çıxaraq, hadisə yerinə toplaşanlara nə isə deyərək qışqırırmış.


Hadisə ilə bağlı əlavə məlumat verilməyib.