İsrail prezidenti Moskvadakı Qələbə paradına qatılmayacaq
Bakı. 20 aprel. REPORT.AZ/ Mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında İsrailin dövlət və aparıcı siyasi xadimləri iştirak etməyəcək.
"Report" "news.ru"ya istinadən xəbər verir ki, bu haqda İsrail dövlət radiosu "Kol İsrael" rəsmi məlumat yayıb.
Xəbər görə, Moskvadakı Qələbə paradında İsraili Rusyadakı səfir Dorit Holender təmsil edəcək.
Məlumata əsasən, bir müddət öncə İsrail prezindenti Reuven Rivlinin sözügedən tədbirdə iştirak etmək üçün Moskvaya gedəcəyi nəzərdə tutlmuşdu. Ancaq rəsmi mənbələr bildirib ki, mayın 9-da o, Almaniya ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasının 50 illiyi münasibəti ilə Almaniyaya səfər edəcək.
Rusiya mətbuatı bunu prezident Vladimir Putinin İrana "S-300" zenti-raket qurğularının göndərilməsi haqda sərəncam imzalaması ilə əlaqələndiriblər.
Xatırladaq ki, aprelin 13-də V.Putin 2010-cu ildə İrana satılmış "S-300"ün göndərilməsinin dayandırılması ilə bağlı qərarı ləğv edib.