Dünya

İsrail İranla razılaşmanı “tarixi səhv” adlandırıb

Metbuat.az

[ 03 Aprel 2015 02:12 ]



Bakı-APA. İsrail hökuməti İranın nüvə proqramına dair danışıqlarda razılığın əldə olunmasını  “tarixi səhv” adlandırıb.

APA-nın məlumatına görə, bu barədə France-Presse agentliyi xəbər verib.

“Əldə olunan razılaşma dünyanı daha təhlükəli edəcək”, məlumatda vurğulanır.

Xatırladaq ki, tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılması və yaxud məhv edilməsinə dair razılığa gəliblər.