Dünya
Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid, İspaniya
İspaniya böhrandan çıxıb?
Madrid, 17 aprel,
AZƏRTACİspaniyanın kral ailəsi Danimarka kraliçası II Marqaritanın 75 illik yubileyində iştirak edib.
Maraq doğuran məqamlardan biri ispan kraliçasının brilyant taci olub. 450 brilyant daşdan ibarət olan tac kral VI Felipe tərəfindən evliliklərinin 6-cı ilində xanımına hədiyyə edilib.
Kraliça bu tacı bir neçə il taxmayıb və bunu ölkəsindəki böhranla əlaqələndirib. İndi kraliça Letisiyanın bu tacı taxması analitiklər tərəfindən İspaniyanın böhrandan çıxması kimi qiymətləndirilib.
Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid, İspaniya