Ölkə

İsmayıllıda faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan voleybol yarışı keçirilib

Metbuat.az

İsmayıllı, 10 aprel,

AZƏRTAC

.


Aprelin 10-da İsmayıllı şəhərindəki 3 nömrəli məktəb-liseydə Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, rayon gənclər və idman idarəsinin təşkilatçılığı, təhsil şöbəsinin dəstəyi ilə keçirilən yarışda 6 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə şəhər 3 nömrəli məktəb-liseyin voleybolçuları birinci yeri tutublar. İkinci və üçüncü yerlərə müvafiq olaraq şəhər 5 və 6 nömrəli tam orta məktəblərin komandaları çıxıb.


Hər üç komanda gənclər və idman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.