Digər

İsmayıllıda elektrik şəbəkəsinin işçisi bədbəxt hadisə nəticəsində ölüb

Metbuat.az

[ 13 Aprel 2015 12:38 ]



Bakı. Fuad Cəfərov – APA. İsmayıllı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 11-də İsmayıllı rayonunun Basqal qəsəbəsindəki yarımstansiyada rayon elektrik şəbəkəsində montyor işləyən qəsəbə sakini Mansur Cabbarov elektrik cərəyanı vurması nəticəsində ölüb

Araşdırma aparılır.