Digər

İsmayıllı "Renault" markalı minik avtomobili yanıb

Metbuat.az

[ 07 Aprel 2015 20:31 ]



Bakı-APA. İsmayıllı rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus "Renault" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin  mühərrikində elektrik naqilləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub.