Digər

İşlədiyi yeri, 8 avtomobili soydu

Metbuat.az
Sabirabaddan Bakıya işləməyə gələn 20 yaşlı gənc oğurluğa başladı

RTV (Region TV) xəbər verir ki, Sabirabad rayonundan paytaxda işləmək məqsədilə gələn

Pərviz Hüseynli

bir müddətdən sonra daha asan yolla qazanc əldə etmək fikrinə düşüb. 20 yaşlı gənc ilk olaraq 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən kafelərin birində ofisiant işləyərkən seyfdən 1700 manat nəğd pul oğurlayıb. Daha sonra oğurluğu özünə peşə seçən gənc şəhərin, əsasən, 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda 8 avtomobili soyub.

 
Binəqədi polisi tərəfindən saxlanılan Pərviz Hüseynli törətdiyi cinayət əməllərini səmimi etiraf edib: "Maşınların içindən pul, maqnitafon aparmışam. Çox vaxt maqnitafonu götürmürdüm, daha çox pul, qızıl, telefon götürürdüm. Onları da cəmi 2000 manata yaxın pula satıb, xərcləmişəm pulu".
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az